Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışda medal qazanıb
14 mart 2026 - 21:01 297
Azərbaycanın stolüstü tennisçisi Əliəkbər Mirzəliyev ilk addımlarını atdığı beynəlxalq arenada uğurlu çıxış edib.
Almaniyanın paytaxtı Berlində təşkil olunan "WTT Youth Contender" turnirində U-11 yaş kateqoriyasında bürünc mükafata sahib çıxan idmançı Çexiyanın ev sahibliyi etdiyi analoji yarışda daha yüksək nəticəyə imza atıb.
Havirov şəhərində keçirilən turnirdə finaladək irəliləyən Ə.Mirzəliyev ikinci yeri tutmaqla istedadını bir daha nümayiş etdirib.
Xatırladaq ki, əməkdar məşqçi Ramil Cəfərovun yetirməsi Batumidə qatıldığı ilk "WTT Youth Contender" turnirində də bürünc mükafat qazanıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı