Avropa Kuboku: Azərbaycan cüdo millisi komanda hesabında birinci olub
17 may 2026 - 22:50 213
Polşanın Bielsko-Biala şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.
Son yarış günündə milli komanda aktivinə daha 5 medal yazdırıb. Cüdoçular 2 gümüş və 3 bürünc mükafat qazanıblar.
Sadiq Məmmədov (-73 kq) və Ayxan Həsənli (-81 kq) yarışı ikinci pillədə tamamlayaraq gümüş medala sahib çıxıblar. Yusuf Nəzər (-73 kq), Yaqub Məmmədov (-81 kq) və Nurəddin Əliyev (-90 kq) isə bürünc medal əldə ediblər.
Xatırladaq ki, ilk yarış günündə İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) qızıl, İlkin Qarayev (-66 kq) və Zəhra Quliyeva (-40 kq) gümüş, Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55 kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) bürünc medala yiyələniblər.
Azərbaycan yığması turniri 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı