Avropa Kuboku: Azərbaycanın iki boksçusu bürünc medalı təmin edib
12 oktyabr 2023 1216
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa Kubokunun dördüncü günündə Azərbaycan millisinin daha 2 üzvü qələbə qazanıb.
İlk görüşündə Bartumey Roskoviçi (Polşa) mübarizədən kənarlaşdıran Malik Həsənov (63,5 kiloqram) 1/4 finalda fransalı Lunes Hamrauini sınağa çəkib. Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb.
M. Həsənov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. İdmançı 3-cü döyüşündə israilli Ahmat Ştivi ilə üz-üzə gələcək.
75 kiloqramda Mirşərif Kazımzadə də yarımfinala yüksəlməklə özü üçün ən azı 3-cü yeri təmin edib. Boksçu 1/4 finalda Qabriel Debaniçə (Xorvatiya) qalib gəlib. O, döyüşü 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə aktivinə yazıb. M. Kazımzadə finala gedən yolda rusiyalı Cambulat Bijamovla münasibətinə aydınlıq gətirəcək. Yarımfinal görüşləri oktyabrın 13-də olacaq.
Qeyd edək ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın beşinci günündə Azərbaycanın 3 boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kiloqram) Arşak Tovmasyanla (Rusiya), Nəbi İsgəndərov (67 kiloqram) Canluici Malanqa (İtaliya) ilə və Sərxan Əliyev (71 kiloqram) isə Miroslav Kapulerlə (İsrail) gücünü yoxlayacaq.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı