Avropa Kubokunun ilk günündə 12 medal
03 may 2025 731
Qubada yeniyetmə cüdoçular arasında keçirilən Avropa Kubokunun ilk yarış gününə yekun vurulub.
Geniş heyətlə yarışda mübarizə aparan komandamız günü 12 (3 qızıl, 3 gümüş, 6 bürünc) medalla başa vurub.
Komandamıza qızıl medalları Anar Quliyev (-50 kq), Zeyd Ələsgərov (-60 kq) və Nuranə Hacızadə (-48 kq) qazandırıb.
Gümüş medallara isə Rəsul Əlizadə (-55 kq), Fəxri Sahibzadə (-66 kq) və Leyla Ələkbərova (-48 kq) sahib çıxıb.
İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi -50 kq), Röyal Qayıbov (-60 kq), Hüseyn Hüseynov (-66 kq), Xədicə Abdullayeva (-44 kq) və Aysun Məmmədova (-52 kq) isə komandamızın aktivinə bürünc medal yazdırıb.
Qeyd edək ki, iki gün davam edən yarışda qitənin 12 ölkəsindən 354 (213 oğlan, 141 qız) idmançı mübarizə aparır. Komandamız turnirdə 141 (100 oğlan, 41 qız) cüdoçu ilə təmsil olunur.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı