Azərbaycan ağırlıqqaldıranı dünya çempionatında gümüş medal qazanıb
14 dekabr 2024 435

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında gümüş medal qazanıb.
109 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan idmançı birdən qaldırma hərəkətində 183 kiloqramı ram edib və bu hərəkətdə 4-cü olub.
Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur qazanıb. O, 221 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə mundialın gümüş mükafatına sahib çıxıb.
Dadaşbəyli cəmi 404 kiloqram (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.
Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticə nail olan ağırlıqqaldıran olmuşdu.
Qeyd edək ki, mundiala dekabrın 15-də yekun vurulacaq.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı