Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
11 oktyabr 2026 - 12:12 18
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında fərdi yarışları yeddi medalla bitiriblər.
Bunlardan 1-i qızıl, 2-si gümüş, 4-ü bürünc mükafat olub.
Mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov iştirak ediblər.
Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub. Zelim Tçkayev (81 kiloqram) və Uşanqi Kokauri (100 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram), Ömər Rəcəbli (81 kiloqram), Murad Fətiyev (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) bürünc medala sahib çıxıblar.
Bənzər xəbərlər
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı

