Xəbərlər

Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib

12 oktyabr 2026 - 20:32 22

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.

 

Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli seçilib.

 

Qeyd edək ki, vitse-prezident vəzifələrinə isə Agentliyin İdarə Heyəti sədrinin müavini Tural Mailov və Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış boks mütəxəssisi İlkin Ağayev seçiliblər.