Azərbaycan avarçəkənləri MDB Oyunlarını dörd medalla başa vurublar
06 oktyabr 2025 - 13:52 580
III MDB Oyunları çərçivəsində Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən avarçəkmə yarışlarına yekun vurulub.
İki gün davam edən yarışların nəticələrinə əsasən, Azərbaycan avarçəkənləri ümumilikdə dörd medal qazanıblar.
Əlimurad Hacızadə gümüş medalın sahibi olub. Amil Ramazanov iki bürünc mükafat qazanıb. İvan Vorobyanski və Hüseyn Həsənovdan ibarət duet isə üçüncü yeri tutaraq bürünc medal əldə edib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı