Azərbaycan avarçəkənləri “Olimpiya ümidləri” reqatasında iştirak ediblər
24 sentyabr 2024 1067
Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə “Olimpiya ümidləri” beynəlxalq reqatası keçirilib.
43 ölkədən yeniyetmə və gənc avarçəkənlərin mübarizə apardığı reqatada Azərbaycan da təmsil olunub.
Böyük məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi Amil Ramazanov, Əlimurad Hacızadə, Niyaz Məlikov və Elvin Əliyev kayak, Cavid Vəlizadə kanoe növündə iştirak edib. İdmançılarımız medalçılar sırasına düşə bilməsə də, əzmkar mübarizəsi ilə yadda qalıblar. Xüsusən Əlimurad Hacızadə ilk dəfə iştirak etdiyi turnirdə A finalına qədər yüksəlib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı