Azərbaycan avarçəkənləri Qazaxıstandakı turniri 14 medalla başa vurublar
02 iyun 2025 594
Qazaxıstanın Uralsk şəhərində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunub.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından bildirilib ki, milli komandanın üzvləri turnirdə 3-ü qızıl, 6-sı gümüş, 5-i bürünc olmaqla ümumilikdə 14 medal qazanıblar.
İvan Vorobjanski birnəfərlik kayak qayığında həm 200, həm də 500 metr məsafədə yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmçinin 200 metrdə Elmir Tarverdiyev 2-ci, 500 metrdə Mustafa Vəlizadə 3-cü yer tutub. İkinəfərlik kayak qayığında 500 metr məsafədə İvan Vorobjanski – Vacib Babayev cütlüyü bütün rəqiblərini qabaqlayıb. Mustafa Vəlizadə və Elmir Tarverdiyevin sürdüyü qayıq finişi ikinci keçib. İ.Vorobjanski rusiyalı idmançı ilə birgə bürünc mükafata sahib çıxıb. 200 metr məsafəyə yarışlarda İvan Vorobjanski - Hüseyn Həsənov dueti 2-ci, Vacib Babayevlə Nuran Rəhimli fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.
Kanoedə Hüseyn Səmədli 3 kateqoriya üzrə mükafatçılar sırasına düşüb. 200 metr məsafədə birnəfərlik qayıqda bürünc, ikinəfərlik qayıqda gümüş medal qazanıb. 500 metr məsafədə ikinəfərlik qayıqda Hüseyn Səmədli 3-cü olub.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı