Azərbaycan Badminton Federasiyası maarifləndirici layihələrə dəstək verməkdə davam edir
25 dekabr 2022 1823

Bu dəfə Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyilə, Milli Olimpiya Komitəsi, Dünya Badminton Federasiyası və Azərbaycan Badminton Federasiyasının birgə əməkdaşlığı çərçivəsində “Orta məktəblərdə badmintonun idarəetməsi” mövzusunda orta məktəbdə dərs deyən idman müəllimləri üçün nəzərdə tutulmuş beynəlxalq, interaktiv kursa yekun vurulub. 277 saylı tam idman təmayüllü məktəbdə təşkil edilən kursda 28 idman müəlliminə "Development of national sport system" layihəsi çərçivəsində İsrail Badminton Federasiyasının prezidenti Nir Sadeh tərəfindən öz tədris kurrikulumlarını interaktiv hazırlaması və tədris ediləcək hədəf qrupu olan məktəblilərin badmintonda bilik və bacarıqlarını inkişaf etdirmək yolları göstərilib. Nəzəri və praktik hissədən ibarət olan kursda iştirak edən idman müəllimləri peşəkar vərdişlərini inkişaf etdiriblər. Təlim iştirakçıları İsrail Badminton Federasiyasının Prezidenti Nir Sadeh, Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev, Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin məsləhətçisi Ceyhun Rəhmanov tərəfindən sertifikatla təltif olunublar.
Layihə Azərbaycan Milli Olimipiya Komitəsinin 30 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər silsiləsindəndir.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı