Azərbaycan Badminton Federasiyasına yeni vitse-prezidentlər seçilib
22 oktyabr 2024 651

Azərbaycan Badminton Federasiyasının (ABF) ümumi yığıncağı keçirilib.
İclasda illik hesabat, 4 ili əhatə edəcək inkişaf strategiyası, ötən ilin maliyyə hesabatı və federasiyanın nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi təsdiqlənib.
İclasda baş katib Ramil Hacıyev 2024-cü ilə dair hesabatla çıxış edərək ABF-nin qarşıdakı 4 ili əhatə edəcək inkişaf strategiyasını və ötən ilin maliyyə hesabatını təqdim edib.
Ardınca milli komandanın baş məşqçisi Morteza Validarvi beynəlxalq turnirlərdə qazanılan uğurlu nəticələrin müqabilində Azərbaycanın reytinq siyahısında irəlilədiyini vurğulayaraq komandanın müxtəlif yaş qrupları üzrə rəqabətədavamlı heyətinin formalaşdığını bildirib.
ABF-nin marketinq departamentinin rəhbəri Aydan Məmmədhəsənova hakimlik istiqamətinin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verərək 2024-cü ildə ədalət təmsilçilərinin bir sıra beynəlxalq turnirlərə dəvət aldığını qeyd edib.
İclasda həvəskar badmintonun inkişafı ilə bağlı milli komandanın sabiq üzvü, hazırda məşqçi kimi fəaliyyət göstərən Orxan Qələndərov kütləviliyin artırılması üçün bu sahənin inkişafı ilə bağlı görülmüş və görüləcək işlərdən danışıb.
Sonra idarə heyətinin üzvlüyünə seçkilər keçirilib. Açıq səsvermədə Kəmalə Şahbazova və Teymur Hüseynov ABF-nin yeni vitse-prezidentləri, Elio Bevilacqua və Ceyhun Məmmədəliyev isə idarə heyətinin yeni üzvləri seçilib. İnteraktiv şəkildə keçirilən iclasda açıq müzakirə təşkil edilib. Son illərdə badmintonun ölkəmizdə inkişafı istiqamətində kifayət qədər iş görüldüyünü deyən Taleh Ziyadov növbəti 4 il üçün əsas hədəflərdən birinin bu idman növü ilə aktiv məşğul olanların sayının 10000-ə çatdırmaq olduğunu bildirib.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı