Azərbaycan badmintonçusu Peruda bürünc medal qazanıb
25 sentyabr 2023 863
Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra Perunun paytaxtı Limada keçirilən “International challenge” seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıb.
O, şəxsi yarışda yarımfinal mərhələsinə kimi Kanada, Kuba və İrlandiya təmsilçilərini mübarizədən kənarlaşdırıb.
Badmintonçu finala gedən yolda turnirin qalibi yaponiyalı Kaoru Sugiyamaya 0:2 (14-21,8-21) hesabı ilə uduzaraq üçüncü yeri tutub və hesabına 2 800 reytinq xalı yazdırıb.
Kişi badmintonçuların şəxsi yarışında mübarizə aparan Edi Reski Dviçayo isə 1/4 finalda mübarizəni dayandırıb. Meksika və Norveçi təmsil edən badmintonçulara qalib gələrək ən güclü “səkkizliy”ə yüksəlməyi bacaran idmançı bu mərhələdə Qvatemala badmintonçusu Kevin Cordonla bacarmayıb - 1:2 (22-20,18-21,11-21). Edi Reski Dviçayo yekunda 2 200 reytinq xalı qazanıb.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı