Azərbaycan badmintonçusu Türkiyədə qızıl medal qazanıb
13 oktyabr 2024 905
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən "International Challenge" seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.
Mübarizəyə 1/16 finaldan başlayan Keişa qadın idmançıların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini üstələyib.
O, qızıl medal uğrunda keçirilən həlledici final qarşılaşmasında danimarkalı Amalie Sçulzanı hər iki setdə böyük fərqlə məğlub edərək turnirinin qalibi olub - 21:11,21:9.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı