Azərbaycan Basketbol Liqasında 11-ci tur yekunlaşdı
25 dekabr 2022 1064
25 dekabr tarixində Şəki Olimpiya İdman Kompleksində 11-ci turun və ümumilikdə 2022-ci ilin sonuncu oyunu keçirildi. "Olimpik Şəki BK" komandası doğma azarkeşlər önündə paytaxt klubu "Neftçi İK" basketbolçularını qəbul edirdi. Qarşılaşmada üstünlüyü ilk dövrədən ələ keçirən paytaxt basketbolçuları, oyunun yekununda rəqibi üzərində 83-67 hesablı qələbə qazandılar. Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" (Ceyson Brauer- 24 xal, 7 ribaund ), "Neftçi İK" ( Davit Lomidze - 18 xal, 5 ribaund )
Qeyd edək ki, 12-ci turun oyunları 2023-cü ilin 4, 7 və 8 yanvar tarixlərində baş tutacaq.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı