Azərbaycan Basketbol Liqasında 12-ci tur yekunlaşdı
08 yanvar 2023 1219
8 yanvar tarixində Astara Olimpiya İdman Kompleksində 12-ci turun sonuncu oyunu keçirildi. "Zirvə Astara BK" komandası doğma azarkeşlər önündə "Olimpik Şəki BK" basketbolçularını qəbul edirdi. Oyuna "Olimpik Şəki BK" basketbolçuları üstün başlasalar da, yekunda "Zirvə Astara BK" geri dönüş edərək rəqibi üzərində 85-80 hesablı qələbə qazandı. Ən məhsuldar basketbolçular: "Zirvə Astara BK" (Ruşard Kruikşenk - 30 xal, 9 ribaund ), "Olimpik Şəki BK" ( Ceyson Brauer - 23 xal, 6 ribaund )
Qeyd edək ki, 13-cü turun oyunları 11, 14 və 15 yanvar tarixlərində baş tutacaq.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı