Xəbərlər

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşıb 

29 aprel 2023 307

29 aprel "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 28-ci, sonuncu turunun iki oyunu ilə müntəzəm mövsümə yekun vurulub. Günün ilk oyununda  "Sabah" və "Olimpik Şəki" komandaları üz-üzə gəliblər. Bu oyunda "Sabah" basketbolçuları 105-80 hesablı qələbə qazanaraq müntəzəm mövsümün lideri kimi pley-off 'da "AAAF Xırdalan" ilə qarşılaşacaqlar. Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Kalin Kreyn - 17 xal, 6 ribaund ), "Olimpik Şəki BK" ( Endryu Uitset - 29 xal, 8 ribaund ) Günün ikinci oyunu "NTD" və "Neftçi" basketbolçuları arasında keçirilib. Bu önəmli oyunda 101-89 hesablı qələbə qazanan "NTD", pley-off mərhələsinə 2-ci pillədən daxil olaraq "Gəncə" komandasına qarşı pley-off oyunlarında ev üstünlüyünü ələ keçirib. Ən məhsuldar basketbolçular: "NTD BK" ( Zek Hadson - 20 xal, 10 ribaund ), "Neftçi İK" ( Mohsen Moradxani - 24 xal, 13 ribaund )