Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub
16 dekabr 2025 - 11:58 656
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub.
Bu barədə Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov məlumat verib.
Turnir gələn il oktyabrın 17-18-də Bakı İdman Sarayında təşkil olunacaq.
Qurum rəsmisi turnirin reqlamenti ilə bağlı da danışıb. Onun sözlərinə görə, yarışda 35 ölkənin iştirakı planlaşdırılır: “Bu say daha da çox ola bilər. Çalışacağıq ki, Azərbaycandan hər çəki dərəcəsində idmançının iştirakını təmin edək. Həm yeniyetmələrdə, həm də böyüklərdə idmançılarımızın mübarizə aparmasını istəyirik.
Qadınlar və kişilər arasında keçiriləcək çempionatda ən aktual çəki dərəcələri 85, 100, 115, +115 kiloqram və açıq çəki dərəcələridir. Dünya çempionatında komanda yarışı da təşkil olunacaq”.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı