Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb
15 dekabr 2025 - 22:39 526
Azərbaycan Güləş Federasiyası bu idman növünün təbliğat kampaniyasını davam etdirir.
Prosesin tərkib hissəsi kimi Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə dəstəyi ilə “Güləş Qarabağda” devizi altında Qarabağ və Şərqi Zəngəzura səfər həyata keçirilib. Səfərdə Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmiləri, tanınmış güləşçilər iştirak ediblər.
Nümayəndə heyəti bu gün Xankəndi şəhərində olub. Qonaqlar əvvəlcə Nizami Gəncəvi adına 4 saylı orta məktəbə baş çəkiblər. Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev kimi tanınmış güləşçilər məktəblilər tərəfindən böyük coşğu və maraqla qarşılanıb. Tanınmış güləşçilərlə şəkil çəkdirən, onlardan avtoqraf alan yeniyetmələr məktəbin stadionunda salınmış güləş xalçası üzərində müəyyən güləş elementləriylə tanış olublar.
Çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzərianinin rəhbərlik altında keçirilən oyunlar tədbirə əlavə rəng qatıb. Şagirdlərə AGF tərəfindən hədiyyələr təqdim edilib.
Tədbirin məqsədi güləşin populyarlığını artırmaq, tanınmış güləşçilərlə məktəblilərin ünsiyyətini təşkil etmək və gənc nəslə “sağlam bədəndə sağlam ruh olar” düşüncəsini, vətənpərvərlik ruhunu aşılamaqdır.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı