Ağacan Abıyevin şərəfinə boks turniri keçiriləcək
15 dekabr 2025 - 16:51 433
Dekabrın 16-19-da “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuş Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycanın Əməkdar məşqçisi, ümumittifaq və beynəlxalq dərəcəli hakim, professor Ağacan Abiyevin şərəfinə I boks turniri keçiriləcək.
Olympic.az xəbər verir ki, 2012–2013-cü illər təvəllüdlü yeniyetmə oğlanlar arasında keçiriləcək turnirdə Bakı, Sumqayıt və Gəncə şəhərlərini təmsil edən 8 komandanın ümumilikdə 100-ə yaxın idmançısı mübarizə aparacaq.
Dörd gün davam edəcək yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Anar Nağdıyev olacaq. Turnirin açılış mərasimi dekabrın 16-da saat 14:30-da Bakı Boks Mərkəzində keçiriləcək.
Açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftaxetdinova, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Boks Federasiyasının, Azərbaycan İdman Veteranları İctimai Birliyinin nümayəndələri, eləcə də idman ictimaiyyətinin tanınmış simaları iştirak edəcəklər.
18 çəki dərəcəsi üzrə keçiriləcək turnirin final görüşləri dekabrın 19-da təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı