Xəbərlər

Azərbaycan basketbol tarixində ilk dəfə olaraq 5 liqalı mövsümə start verilir

18 noyabr 2022 589

Bu mövsümdən etibarən Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə 5 fərqli liqadan ibarət olan çempionatlarda son hazırlıq işləri tamamlandı. Bəhs olunan 5 liqa haqqında basketbol sevərləri məlumatlandırmaq istəyirik. Bildiyiniz kimi oktyabr ayından start götürən kişilər arasında Azərbaycan çempionatı (ABL) basketbolumuzda ən yüksək səviyyədir. Federasiya həvəskar və tələbə basketbolçuları da diqqətdən kənarda saxlamayıb. Belə ki, dekabr ayından başlayacaq "Həvəskar Basketbol Liqası" (HBL) və "Tələbə Basketbol Liqası" (TBL) adları ilə baş tutacaq liqalarda müvafiq olaraq, 7 həvəskar və 8 universitet komandalarının iştirakı gözlənilir. Bundan əlavə 19 noyabrda 8 komandanın iştirakı ilə "3x3 Qadın Basketbol Liqası" (3x3 QBL) adlı liqa və dekabr ayında isə oğlanlar və qızlar arasında müxtəlif yaş qrupları üzrə "Uşaq Gənclər Basketbol Liqası" (UGBL) adlı çempionatın startı planlaşdırılır. 

 Qeyd edək ki,  Azərbaycan Basketbol Liqasının oyunları "Sərhədçi" İdman Mərkəzində, digər liqarda keçiriləcək oyunlar isə, Azərbaycan Texniki və Azərbaycan Memarlıq və İnşaat universitetlərinin idman zallarında baş tutacaq.