Azərbaycan boksçuları beynəlxalq turniri 7 medalla başa vurublar
23 sentyabr 2024 972
Azərbaycanın yeniyetmə boksçuları Belarusun Jabinka şəhərində keçirilən beynəlxalq turniri 7 medalla başa vurublar.
Bütün rəqiblərinə qalib gələn İmran Axundov (52 kiloqram), Şahin Aslanov (60 kiloqram) və Səfdər Məmmədzadə (+80 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Qasımovla (50 kiloqram) Haqverdi Həsənov (63 kiloqram) gümüş, Sübhan Babayev (57 kiloqram) və Əflatun İsmiyev (54 kiloqram) isə bürünc mükafata yiyələniblər.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı