Azərbaycan boksçuları Dünya kubokunda ikinci yeri tutub
27 aprel 2026 - 10:15 14
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokuna yekun vurulub.
Boks Federasiyasından bildirilib ki, 49 ölkədən 400 idmançının qatıldığı yarışda Azərbaycan millisi tarixi nəticəyə imza atıb. Komanda Dünya kubokunda ilk dəfə 3 qızıl və 1 bürünc medal qazanıb.
Finalda Sübhan Mamedov (50 kiloqram) İssam Bensayarla (Mərakeş) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və qızıl medala yiyələnib.
Onun ardınca Məhəmməd Abdullayev (+90 kiloqram) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə Davit Çaloyana (Ermənistan) gücünü göstərib. Rəqibini 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən Abdullayev komandamızın üçüncü qızıl medalını rəsmiləşdirib və Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.
Millinin heyətində final mərhələsinin ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kiloqram) Dünya kubokunun qalibi olub, daha öncə isə Nəbi İsgəndərov (70 kiloqram) bürünc medala yiyələnib.
Beləliklə, 3 qızıl və 1 bürünc medal qazanan kişilərdən ibarət millimiz Dünya kubokunu komanda hesabında ikinci yerdə başa vurub. Yarışa 6 kişi boksçu ilə qatılan yığmamızı ev sahibləri yalnız gümüş medal hesabına qabaqlayıb.
Qeyd edək ki, boksçularımız Vətənə aprelin 29-da qayıdacaqlar.
Bənzər xəbərlər
“Prezident Kuboku 2026” beynəlxalq reqatasına Ağdərədə start verilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən ... Ətraflı
Azərbaycan avarçəkmə üzrə Dünya kuboku səviyyəsində yarışa ev sahibliyi edə bilər
Hər il iştirakçı sayında dəyişiklik olur, müəyyən yeniliklər edilir. Bu ... Ətraflı