Azərbaycan boksçuları II MDB Oyunlarını 10 medalla başa vurublar
13 avqust 2023 1111
Belarusda keçirilən II MDB Oyunlarında boks yarışlarına yekun vurulub.
Azərbaycan Boks Federasiyasından bildiriblər ki, milli komandamız mötəbər turniri 10 medalla başa vurub. Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş medallara sahib olublar. Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə milimizin aktivinə bürünc medallar yazdırıblar.
Yığmamız bu nəticə ilə komanda hesabında beşinci yeri tutub.
Qeyd edək ki, boksçularımız Bakıya avqustun 14-də qayıdacaqlar.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı