Azərbaycan boksçuları İslamiadanı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar
10 noyabr 2025 - 22:57 486
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsinə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub.
Komandamızın heyətində Səidcəmşid Cəfərov (80 kq) çempion tituluna yiyələnib. O, bu gün keçirilən finalda Sultan Osmanlı (Türkiyə) ilə üz-üzə gəlib və rəqibini 4:1 (28:29, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edərək, Ər-Riyadda Azərbaycan Himnini səsləndirib.
Nərgiz Zeynalova (54 kq) və Aynur Mikayılova (57 kq) İslamiadada ikinci yeri tutublar. Məhəmmədəli Qasımzadə (60 kq) isə finalda Madiyar Daniyarovla (Özbəkistan) döyüşməli olsa da, zədə səbəbindən rinqə çıxmayıb və gümüş medala yiyələnib.
Beləliklə, boksçularımız VI İslam Həmrəyliyi Oyunlarını 6 medalla başa vurublar. Komandamızın heyətində bir gün öncə Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) bürünc mükafat qazanıblar.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı