Azərbaycan boksçuları MDB Oyunlarına hazırlığı Çində davam etdirəcək
15 avqust 2025 - 10:39 591
Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası MDB Oyunlarına hazırlığı Çində davam etdirəcək.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Bakıda ilkin mərhələni başa vuran yığma növbəti təlim-məşq toplanışını Sincan-Uyğur Muxtar Rayonunda keçəcək.
Baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədov Çində Əli Abaslı (48 kiloqram), Ayxan Həsənov, Məhəmməd Rəsulov (hər ikisi 50 kiloqram), Sadiq Musayev (52 kiloqram), Tunar Mehdiyev, İbrahim Bədəlli (hər ikisi 54 kiloqram), Raul Heydərli, Yusif Əliyev (hər ikisi 57 kiloqram), Şahin Aslanov (60 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Adil Zalov (70 kiloqram) və Səftər Məmmədzadəni (+80 kiloqram) yoxlayacaq.
Komanda burada yerli boksçularla hazırlaşacaq, sınaq döyüşləri keçirəcək.
Qeyd edək ki, bu gün səfərə yollanacaq milli sentyabrın 1-də Bakıya qayıdacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı