Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar
05 oktyabr 2024 1103
Azərbaycan boksçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.
Yığmanın heyətində Sərxan Əliyevlə (71 kiloqram) Məhəmməd Abdullayev (+92 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Yalnız finalda uduzan Nəbi İsgəndərov (71 kiloqram) ikinci yeri tutub. Tayfur Əliyev (60 kiloqram) isə bürünc mükafata yiyələnib.
Qeyd edək ki, Aktauda Azərbaycanı hakimlərdən İlqar Qasımzadə təmsil edib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı