Azərbaycan boksçusu Avropa çempionatını gümüş medalla başa vurub
23 mart 2022 974
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında final döyüşlərinə start verilib. Həlledici görüşə vəsiqə qazanan Azərbaycan millisinin iki üzvündən rinqə öncə Ruslan Qədirov (54 kq) çıxıb.
Marian Çiniou (Rumıniya) və Elmir Nəbiyevi (Ukrayna) məğlub edən 20 yaşlı Azərbaycan çempionu finalda türkiyəli Samet Gümüşlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə rəqib qələbə qazandığından boksçumuz gümüş medalla kifayətlənib.
Nəticədə Azərbaycan yığmasının Avropa çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Qədirovadək Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) bürünc medala layiq görülüblər. Boksçumuz Nicat Hüseynov (51 kq) isə final döyüşünə axşam seansında çıxacaq.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı