Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb
21 iyun 2026 - 13:30 24
Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya kubokunun qalibi olub.
75 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb.
Hər 3 raundu öz xeyrinə başa vuran Cəfərov, yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qətiyyətli qələbə qazanaraq Dünya kubokunun qızıl medalına sahib olub.
Beləliklə, Azərbaycan milli komandası 40 ölkədən 300 idmançının qatıldığı və ilin ikinci reytinq xarakterli yarışı olan turniri 1 qızıl və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, daha öncə boksçularımızdan Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc mükafata yiyələnmişdilər.
Bənzər xəbərlər
Azərbaycanın çimərlik güləşçiləri Batumidə bir qızıl və bir bürünc medal qazanıb
Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının III mərhələsi ... Ətraflı
Azərbaycan boksçuları Olimpiya ümidləri turnirində 12 medal qazanıblar
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda boks üzrə Olimpiya ümidləri turnirinə ... Ətraflı