Azərbaycan cüdoçuları Avropa çempionatına güclü rəqiblərlə birgə hazırlaşır
04 aprel 2025 564
Böyüklərdən ibarət Azərbaycan milli komandası Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək Avropa çempionatına hazırlıqlarını davam etdirir.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandaların Təlim-Məşq Mərkəzində təşkil edilən toplanışda İtaliya millisinin üzvləri və Qazaxıstan cüdoçuları da iştirak edirlər. İtaliya yığmasının heyətində dünya çempionatının ikiqat gümüş mükafatçısı, Avropa çempionu Manuel Lombardo, dünya ikincisi Kristian Parlati, Böyük Dəbilqə turnirlərinin mükafatçıları Covanni və Antonio Espositolar da yer alıb.
Cüdoçularımız hazırlığın növbəti mərhələsini aprelin 7-dən 12-dək Macarıstanın Tata şəhərində Olimpiya Təlim Düşərgəsində davam etdirəcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-27-də Monteneqroda keçiriləcək. Yarışda ölkəmizi 9 kişi və 7 qadın cüdoçu təmsil edəcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı