Azərbaycan cüdoçuları Avropa Kuboku turnirinin ilk günündə 5 medal qazandı
11 mart 2023 1072
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib.
Turnirin ilk günündə qızların yarışında -40 kq., -44 kq., -48 kq. və 52 kq. çəki dərəcələrində 14 cüdoçumuz, oğlanların yarışında isə -50 kq., -55 kq., -60 kq. və -66 kq. çəki dərəcələrində 17 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
-50 kq. çəkidə Əhməd Rüstəmov bürünc medal uğrunda görüşdə gürcüstanlı idmançı Luka Omanadzeyə qalib gələrək yarışı 3-cü yerdə başa vurub.
-55 kq. çəkidə Həsən Həsənli və Fərid Qarayev turnirin bürünc medalını qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan Mirxaliq İskəndərov finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzaka qalib gələrək qızıl medal əldə edib.
-60 kq. çəkidə Ümüd Qurbanov bürünc medal uğrunda görüşdə serbiyalı cüdoçu Velko Simiki üstələyib.
Qızların mübarizəsində -48 kq. çəkidə Vüsalə Hacıyeva 5-ci, -40 kq. çəkidə Gülşən Hüseynova 7-ci yerlə kifayətlənib. Oğlanlar arasında -55 kq. çəkidə isə Ayxan Mirzəzadə 5-ci yerə çıxıb.
Bənzər xəbərlər
Formula 1 Azərbaycan Qran-Prisi üçün marşal qeydiyyatına start verilib
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 üçün marşal qeydiyyatına ... Ətraflı
Millimiz rekord nəticəylə Avropa ikincisi oldu
U23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
Millimiz 1 qızıl, ... Ətraflı
.jpeg)
.jpeg)
.jpeg)
