Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 6 medal qazanıblar
16 fevral 2025 779
Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.
İdmançılar ilk gündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
50 kq çəki dərəcəsində İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc mükafat əldə edib.
55 kq-da final görüşündə Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə qarşılaşıb. Məhəmmədəli Hüsiyev qızıl, Rəsul Əlizadə isə gümüş medalın sahibi olub.
60 kq-da mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
66 kq-da Əli Hümbətov bürünc medal qazanıb
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı