Azərbaycan cüdoçuları MDB Oyunlarında ilk günü 5 medalla başa vurublar
06 avqust 2023 872
Belarusun ev sahibliyi etdiyi II MDB Oyunlarının cüdo yarışlarında Azərbaycan cüdoçuları yarışın ilk günündə 3 qızıl və 2 bürünc medal qazanıblar.
Oğlanlardan 50 kiloqram çəki dərəcəsində Nihad Məmişov, 55 kiloqramda Ayxan Mirzəzadə və 66 kiloqramda Cəsur İbadlı bütün görüşlərində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Qızların yarışında isə 40 kiloqram çəki dərəcəsində Xədicə Abdullayeva və 52 kiloqramda Aytən Verdiyeva bürünc medal əldə ediblər.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı