Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar
04 iyul 2024 1180
Azərbaycan cüdoçularının “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığı davam edir.
Milli komandanın üzvləri iyulun 1-dən etibarən İspaniyanın Benidorm şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Hazırlıq prosesində qadınlardan, böyüklərdən və gənclərdən ibarət yığmanın 30-dan çox idmançısı iştirak edir. Toplanış iyulun 6-dək davam edəcək.
Cüdoçular Paris Olimpiadasına hazırlığın son mərhələsini Bakıda tamamlayacaqlar.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı