Azərbaycan cüdoçuları Rusiyadakı turnirdə 2 medal qazanıblar
18 may 2026 - 10:15 282
Rusiyanın Xabarovsk şəhərində cüdo üzrə yeniyetmələr arasında Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.
Azərbaycanı yarışda 5 idmançı təmsil edib. Komanda turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.
Polad Həsənli (81 kiloqram) bütün görüşlərdən qalib ayrılaraq qızıl medalın sahibi olub. Zaməddin Bağırov (66 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı