Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
16 noyabr 2024 712
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Polşanın Pila şəhərində keçirilən 23 yaşadək gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.
81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə İsrail təmsilçisi Yaniv Aqranovu məğlub edib.
Bununla da Azərbaycan cüdoçuları qitə çempionatında medallarının sayını 5-ə çatdırıb. Daha əvvəl Fidan Əlizadə (57 kiloqram) və Hüseyn Allahyarov (60 kiloqram) qızıl, Aydan Vəliyeva (52 kiloqram) gümüş, Rüfət Şövlətov (73 kiloqram) isə bürünc mükafata layiq görülüb.
Qeyd edək ki, noyabrın 17-dək davam edəcək turnirdə Azərbaycan 11 çəki dərəcəsində 15 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı