Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində bürünc medal qazanıb
24 oktyabr 2023 806
Azərbaycanın qadın cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.
48 kiloqram çəki dərəcəsində çıxış edən Leyla Əliyeva üçüncü yer uğrunda görüşdə italiyalı Françeska Milaniyə qalib gəlib.
66 kiloqramda yarışan Ruslan Paşayev isə Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunhla bürünc medal qarşılaşmasına çıxmayıb. Nəticədə o, beşinci yerlə kifayətlənib.
Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kiloqram), Kəramət Hüseynov (66 kiloqram), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) isə medal qazanmaq şanslarını itiriblər.
Qeyd edək ki, oktyabrın 26-dək davam edəcək Böyük Dəbilqə turnirində Azərbaycan 14 cüdoçu ilə təmsil olunur.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı