Xəbərlər

Azərbaycan cüdoçusu növbəti dəfə Avropa çempionu olub

04 noyabr 2023 194

Fransada Azərbaycan himni səsləndi: Hidayət Heydərov 3 qat Avropa çempionu oldu

Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatının ikinci yarış günündə -73 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov qızıl medal qazanıb.

Hidayət ardıcıl olaraq Belçika, Polşa, Macarıstan və Moldova təmsilçilərinə qalib gəlib. O, finalda ispaniyalı idmançı Salvador Kases Roka ilə qarşılaşıb. Hidayət Heydərov finalda əsas vaxtda “kata-quruma” ilə “vazari” xalı alıb və rəqibini “osaekomi” saxlayaraq ikinci “vazari”i xalını qazanıb və   təmiz qələbə əldə edib. 

Qeyd edək ki, bu qələbə ilə Hidayət Heydərov 3-cü dəfə böyüklər arasında keçirilən Avropa çempionatlarında qızıl mükafat əldə edir.

Bütün cüdo sevərləri təbrik edirik!