Azərbaycan cüdoçusu Universiadada gümüş medal qazanıb
30 iyul 2023 755
Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında daha bir cüdoçumuz gümüş medal qazanıb.
73 kiloqram çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev mübarizəyə skkizdəbir final mərhələsindən qoşulub. Bu mərhələdə idmançımız ispaniyalı Aytor Alonsonu ipponla məğlub edib. Məmmədəliyev dörddəbir finalda italyan Eduardo Melladan üstün olmağı bacarıb. Finala gedən yolda isə cüdoçumuz Monqolustandan olan Uranbayar Odgerelə qalib gəlib.
Həlledici qarşılaşmada yapon Tatsuki İşiharaya məğlub olan Rəşid Məmmədəliyev Universiadanı gümüş medalla başa vurub.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı