Azərbaycan Əbu-Dabidəki “Böyük Dəbilqə”də 10 cüdoçu ilə təmsil olunacaq
25 noyabr 2025 - 13:30 399
Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə”də iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.
Azərbaycan Cüdo Federasiyasından (ACF) bildirilib ki, ölkəmiz turnirdə 5 çəki dərəcəsində 10 idmançı ilə təmsil olunacaq.
Yığmanın heyətində Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram), Rəşid Məmmədəliyev, Hidayət Heydərov (hər ikisi 73 kiloqram), Murad Fətiyev, Aslan Kotsoyev (hər ikisi 90 kiloqram), Camal Qamzatxanov və Uşanqi Kokauri (hər ikisi +100 kiloqram) yer alıblar.
Noyabrın 28-dən 30-dək davam edəcək “Böyük Dəbilqə”də 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) çıxış edəcək.
Qeyd edək ki, ACF-nin “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı