Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 medal qazanıblar
09 sentyabr 2024 1002
Azərbaycanın bədii gimnastları San Marino Respublikasının Serravalle şəhərində keçirilən “San Marino Cup” yarışında 7 medal qazanıblar.
İki gün davam edən turnirdə böyüklərdən İlona Zeynalova çoxnövçülükdə, halqa və topda ikinci, gürz və lentlə hərəkətlərin icrasında üçüncü yeri tutub.
Gənclərdən isə Şəms Ağahüseynova lentlə hərəkətlərdə qızıl, çoxnövçülükdə gümüş mükafata yiyələnib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı