Azərbaycan gimnastları beynəlxalq turnirdə iki qızıl medal qazanıblar
21 avqust 2024 866
Azərbaycanın bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Alma Cup” beynəlxalq turnirində üç medal qazanıblar.
Bunlardan ikisi qızıl, biri gümüş mükafatdır.
Halqa, top, gürzlər və lent üzrə yerinə yetirilən çoxnövçülük proqramında böyüklər arasında Zəhra Cəfərova fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Eyni proqramda gənclərin mübarizəsində çıxış edən Sofiya Məmmədova qızıl, Ayan Sadıqova isə gümüş medala sahib çıxıb. Bundan başqa, S.Məmmədova "Turnirin kraliçası" nominasiyasının qalibi adına layiq görülüb.
Bənzər xəbərlər
Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı
Qış Olimpiya Oyunları: Azərbaycan nümayəndə heyəti paraddan 11-ci keçəcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı