Xəbərlər

Azərbaycan Gimnastlarının Üçüncü Olimpiya Lisenziyası

18 aprel 2016 464

Kişi gimmnastika üzrə 2-ci və Azərbaycanın gimnastika idman növü üzrə 3-cü lisenziyası idmançı Petro Paxnyukin tərəfindən təmin olundu. Rio-de-Janeyro şəhərində keçirilən Test Turnirində Petro Paxnyukun altı alət üzərində çıxışların cəmində 85.257 xal toplayaraq, Olimpiya Oyunlarının gələcək iştirakçılarının siyahısında yer aldı.

Xatırladaq ki, Petronun komanda yoldaşı Oleg Stepko, Qlazqoda keçirilən ötən ilin Dünya Çempionatında 3-cü yerə layiq görülərək, planı vaxtından əvvəl yerinə yetirməklə ilk təsnifat turnirində lisenziya qazanmışdı. Daha bir lisenziyani Ştutqartda keçirilən bədii gimnastika üzrə Dünya Çempionatının çoxnövçülüyündə 6-cı yerdə qərarlaşaraq, gimnast Marina Durunda əldə etmişdir.