Azərbaycan güləş millisi komanda hesabında Avropa çempionu olub
27 iyun 2024 1216
Azərbaycanın daha bir güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlılar arasında Avropa çempionatında birinci olub.
Yarışın üçüncü günündə yunan-Roma güləşçilərindən Səid Paşayev (92 kiloqram) serbiyalı Stevan Kojiçə elə ilk hissədən üstünlük quraraq (8:0) vaxtından əvvəl qələbəni təmin edib və baş mükafata yiyələnib.
Millinin 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb.
Bununla da Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionu olub Yığma 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla üçüncü yeri tutub.
Beləliklə, U-17 yunan-Roma güləşi üzrə yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub.
Bu yarışda millimiz medalların sayına və toplanan xallara görə də yeni rekorda imza atıb.
Xatırladaq ki, millinin heyətində Səid Paşayevlə yanaşı, Turan Daşdəmirov (51 kiloqram), Ayxan Cavadov (60 kiloqram) v Avropa çempionu olub. Əmrah Əmrahovla (48 kiloqram) Yusif Əhmədli (71 kiloqram) gümüş, Nicat İsgəndərli (45 kiloqram), Əli Nəzərov (55 kiloqram), Orxan Hacıyev (80 kiloqram) və Mikayıl İsmayılov bürünc medal qazanıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı