Azərbaycan güləş millisi Qazaxıstandakı turniri 1 dəst medalla başa vurub
21 sentyabr 2024 941
Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turniri keçirilib.
Yarışda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 3 sərbəst güləşçi təmsil edib. Onların hamısı fəxri kürsüyə qalxıb. Kənan Heybətov (70 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olub. Əşrəf Aşırov (79 kiloqram) gümüş, Musa Ağayev (65 kiloqram) isə bürünc medal qazanıb.
Beləliklə, komandamız turniri 1 dəst medalla başa vurub.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı