Azərbaycan güləşçiləri Türkiyədə keçiriləcək ənənəvi yarışda hər üç növdə təmsil olunacaqlar
24 iyun 2025 - 14:20 660
İyunun 26-dan 29-dək Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri keçiriləcək.
Güləş Federasiyasından bildirilib ki, ənənəvi yarışda güləşin hər üç növü üzrə milli komandanın üzvləri iştirak edəcək.
Yunan-Roma güləşində Nihad Quluzadə (60 kiloqram), Məhəmməd Şükürzadə (67 kiloqram), Laçın Vəliyev və Cocu Səmədov (hər ikisi 87 kiloqram) qüvvəsini sınayacaq. Qadın güləşi üzrə milli komandanın heyətində Əsmər Cankurtaran (50 kiloqram), Elnurə Məmmədova (53 kiloqram), Nərgiz Səmədova, Gültəkin Şirinova (hər ikisi 55 kiloqram) və Birgül Soltanova (62 kiloqram) yer alıblar.
Sərbəst güləşçilərin mübarizəsinə isə Fərid Cabbarov, Cəbrayıl Hacıyev, Səbuhi Əmiraslanov (hamısı 79 kiloqram), Ali Tsokayev (86 kiloqram), Sadiq Mustafazadə (92 kiloqram), Zəfər Əliyev (97 kiloqram) və Xetaq Karsanov (125 kiloqram) döşək üzərinə çıxacaqlar.
Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:00-da, medallar uğrunda qarşılaşmalar isə 18:30-da başlayacaq.
Turnirdə Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Elgün Məmmədov və Samil Fəttayev ədaləti qoruyacaqlar.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı