Azərbaycan Həndbol Federasiyasının rəsmiləri EHF-nin konqresində iştirak edəcəklər
16 sentyabr 2025 - 10:04 32

Azərbaycan Həndbol Federasiyasının (AHF) rəsmiləri Avstriyanın Burgenland bölgəsində yerləşən Andau qəsəbəsində Avropa Həndbol Federasiyasının (EHF) 17-ci konqresində iştirak edəcəklər.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən, tədbirdə təşkilati məsələlər, federasiyanın 2023–2024-cü illərə dair maliyyə hesabatları, növbəti illər üçün büdcə və planlar müzakirə olunacaq.
Eyni zamanda, EHF-nin prezidenti, vitse-prezidentləri, komissiya sədrləri və üzvləri 2025–2029-cu illər üçün yenidən seçiləcəklər.
Qeyd edək ki, sentyabrın 19-20-də Azərbaycanı konqresdə AHF-nin prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və vitse-prezident Orxan Abbasov təmsil edəcəklər.
Bənzər xəbərlər
Çingiz Hüseynzadə: "”Olimpiya Günü” tədbiri Azərbaycanın Olimpiya Hərəkatına sadiqliyini göstərir”
"Bu gün ölkəmizdə ənənəvi olaraq “Olimpiya Günü” tədbiri təşkil olunur. ... Ətraflı

"Qarabağ"dan Çempionlar Liqasında tarixi zəfər
"Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk ... Ətraflı