Azərbaycan İdman Akademiyasında federasiya nümayəndələri ilə görüş keçirilib
07 dekabr 2024 794
Azərbaycan İdman Akademiyasında federasiya nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.
Əvvəlcə Azərbaycan İdman Akademiyasının məşqçilik ixtisası üzrə ingilis bölməsi haqqında məlumat verilib. Sonra XVII Yay Paralimpiya Oyunlarının hesabatı, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın, Azərbaycan Taekvondo Federasiyasının, eləcə də Heydər Əliyev adına İdman-Konsert Kompleksinin təqdimatı dinlənilib. İdman yarışlarının canlı yayım və marketinq məsələləri haqqında məlumat verilib.
Tədbirdə, həmçinin “İdman Paytaxtı”nın təqdimatı, Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında Azərbaycan idmançılarının çıxışları barədə məlumat verilib, idman federasiyalarının sosial media hesabatı müzakirə edilib, idman psixologiyası ilə bağlı layihə və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı