Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda 4 qızıl medal qazanıb
11 may 2024 1085
Rusiyanın paytaxtı Moskva şəhərinin “Maksima Stables” atçılıq mərkəzində təşkil olunan dresaj növü üzrə beynəlxalq “Qələbə Kubokunun Finalı” yarışında Azərbaycan idmançısı Aydın Əlibəyov yüksək nəticələr əldə edib.
4 gün davam edən yarışlarda 3 atla iştirak edən həmyerlimiz cavan atlar (5 – 7 yaş) arasında keçirilən turda 4 qızıl medal qazanıb.
O, “Intermediate 1 Freestyle” proqramında isə 5-ci yerə layiq görülüb.
Turnirdə müxtəlif bölgələrdən ən güclü atlar iştirak ediblər.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı