Azərbaycan idmançısı Deflimpiya Oyunlarında gümüş medal qazanıb
16 noyabr 2025 - 14:50 116
Yaponiyada keçirilən "XXV Yay Deflimpiya Oyunları"nda iştirak edən Azərbaycan idman tarixində ilk dəfə olaraq medal qazanıb.
Ölkəmizə ilk medalı cüdo yarışlarında -60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Coşqun Əliyev qazandırıb. Cüdo yarışlarının ilk günündə tatami üzərinə çıxan deflimpiyaçımız əvvəlcə 1/8 finalda Cənubi Koreyalı Choı Junho, 1/4 finalda xorvatiyalı Tonzetic Josipi, yarımfinalda isə Niderlandan olan Westerhof Albert Gerhardua Hendrikə qalib gələrək finala yüksəlib.
Həlledici mərhələdə cüdoçumuzun rəqibi braziyalı Dantas Pedroya məğlub olsa da, Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb.
Mükafatlandırma mərasimində idmançımıza medal Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin Vitse-prezidenti Yutaka Osugi tərəfindən təqdim edilib.
Bununla da Coşqun Əliyev "Tokio-2025" Yay Deflimpiya Oyunlarında komandamıza ilk medal qazandıran idmançısı olub.
Bənzər xəbərlər
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu ... Ətraflı
Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial şəbəkə səhifələrində ... Ətraflı